Tez-Tez verilən suallar

Filter cihazı seçərkən diqqət olunmalı xüsusiyyətləri:
Brendliyinə (istehsalçı ölkə və markası), qablaşdırılmasına, filterlərin markasına, filterlərin süzmə gücünə, suyun ph və göstəricisinə, matorun gücünə, su çəninin keyfiyyətinə, adaptorun parametrlərinə, cihazın əmniyyətinə (su sızdırarkən özünü bloklaması), sertfikatına və dgər detalların keyfiyyətinə.

1. Pambıq filteri (5 mikron sıxlığında) – Lil, qum, pasdan
2. Kristal kömür filteri – xlordan
3. Aktiv blok kömür filteri (1 mikron sıxlığında) – Lil, qum, pas və xlordan
4. Membran filteri (0.0001 mikron) molekulyar səviyyədə – virus, bakterya və ağır metal, kimyəvi tullantılardan
5. Kakos filteri – suda olan xoşa gəlməz qoxuları temizləyərək suyu təravətləndirir
6. Mineral filteri – suyu minerallarla zənginləşdirir

Şəbəkə suyunun tərkibindən asılı olaraq hər bir filterin öz zəmanət müddəti var:
1. İlk üç filter (pambıq, kömür, blok kömür) 6-12 ay
2. Membran filteri 12-24 ay
3. Kakos filteri 8-12 ay
4. Mineral filteri 12-24 ay muddətində dəyişdirilməlidir.
Çirklənmə TDS meterlə yoxlanılır, əgər göstərici 100-ppm üzərinə çıxıbsa filterlərin hamısı mütləq dəyişdirilməlidir.

Hər bir filter öz vaxtında dəyişdirilmədikdə suyun keyfiyyəti aşağı düşür və cihazda müxtəlif problemlər yaranır.
Məsələn: Motor, adaptor yana bilər, su sızması baş verə bilər, ilk üç filter çirkabı ötürərək digər filterləri sıradan çıxarar və aparatda başqa problemlər yaranar.

Başqa filterlər də suyu süzəcək, amma avadanlıq suyu öz filteri ilə süzdüyü kimi süzə bilməyəcək və avadanlıq 2 dəfə daha artıq gücə düşəcək. Bu da avadanlıqda müxtəlif problemlərin yaranmasına səbəb olacaqdır. Bundan başqa digər filterdən istifadə olunduqda filterlər zəmanət müddətindən tez çirklənir və avadanlıqda müxtəlif problemlər yaranır. Eyni zamanda biz tərəfdən avadanlığa verilən zəmanət qüvvədən düşür (zəmanət müddəti ləğv olunur).

  • Brend cihazlara yüksək səviyyədə texniki dəstək göstərilməsi.
  • Filterlərin qisa müddətli deyil, uzun müddətli işləməsi,
  • Hər filterə, uyğun zəmanət müddətinin olması.
  • Global Certfication Network sertfikatına sahib olması.
  • Uyğunluq sertfikatının olması.

Suyun göstəricisi nomral olsa belə filterlər istismar müddəti ərzində dəyişdirilməlidir.
Göstəricini 4-cü filter (membrana) aşağı salır.
Birinci üç filter (pambıq, kömür, kristal) istismar müddəti ərzində mütləq dəyşidirlməlidir.
Əks halda ilk üç filter həddindən artıq çirklənər və çirki ötürərək diyər filterləri sıradan çıxarar.

Əks osmos – molekulyar səviyyədə su təmizləmə texnologiyasıdır.
Əks osmos filterləri su kəmərinə qoşulur, təmizlənmiş su öz kranına verilir və çirkli su isə kanalizasiyaya axıdılır. Membranın filterinin məsamələri 0,001 mikrondur və burdan ancaq suyun molekulu və oksigen keçə bilir, bunun sayəsində filterin çıxışında dadlı, xeyirli içməli su alınır. Bu suyu qaynatmadan içmək olar.

Ev, mənzil və bağlarda
Ofis, bank və biznes mərkəzlərində
Otel, qonaq və istirahət evlərində
Əyləncə mərkəzləri, restoran, kafe və barlarda
Səhiyyə obyektlərində
Kosmetologiya və estetik mərkəzlərində
Yaşayış komplekslərində

Bakı şəhəri və ətrafı: Çatdırılma 24-saat, quraşdırılma 1-saat ərzində
Azərbaycanın digər bölgələri: Çatdırılma 2-3 gün, quraşdırılma 1-saat ərzində

Su nədir?
Su (H2O) hidrogenin oksigenlə adi şəraitdə davamlı olan sadə kimyəvi birləşməsidir. Rəngsiz (qalın təbəqələri göyümtül), dadsız və iyisiz mayedir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir.

Su – həyatdır
Yer kürəsinin 2/3-i sudan ibarətdir. Amma “su – həyat mənbəyidir” fikri bundan xeyli əvvəl səslənib. Sonralar isə insana aydın olub ki, su – elə həyatın özüdür. Dünyadakı bütün canlıların (bitkilər, heyvanlar, insanlar) orqanizmi bu və ya digər nisbətdə, sudan ibarətdir. Demək olarki, insan bədənin 78%-i sudan ibarətdir. Suyun sanitariya-gigiyenik əhəmiyyəti böyükdür.

Su – həlledicidir
Su çox universal mühitdir. İnsanın qidasını təşkil edən nemətlərin böyük əksəriyyəti suda həll olur. Su olmasa, insanın həzm prosesi pozular – orqanizmin qidalanması mümkün olmaz. Belə ki, bütün qida maddələri yalnız suda həll olmuş vəziyyətdə (sulu məhlul halında) insanın həzm sistemi tərəfindən “emal” oluna bilir.

Evimizə daxil olan suyun tərkibi
Evimizə daxil olan suyun tərkibində, xlor, dəmir, mis, sink, formaldegid, arsen, benzol, fenol, civə, dezintiriya yaradan bakteriyalar, mikroblar və viruslar mövcuddur. Nəzərə alsaq ki, insan bədəni 78% sudan ibarətdir və gündə 3 litr su qəbul edirik, o zaman bir il ərzində bu maddələrlə bədənimizin nə qədər çirkləndiyini düşünün. Belə suyun qəbulu insan bədənində hər cür onkoloji xəstəliklər yaradır.

İçməli su probleminin həlli
İçməli su probleminin həlli – “Əks Osmos Sistemli su filterləri”.
Nəticədə su qarışıqlardan azad olur: dəmir, ammonyak və ammonium duzları, nitratlar, nitritlər, ftorlar, sulfatlar, xloridlər, bikarbonatlar, kalsium, magnezium, xlor qalığı, natrium qalıqları. Bundan başqa, əks osmos filterlərin sayəsində suyun ümumi codluğu azalır və suyun qaynadılması zamanı ərpin əmələ gəlməsinin qabağını alır. Əks osmos filterlərində təmizlənmiş su pis qoxulardan azad olur, heç bir başqa su təmizləmə sistemi bunu təmin etmir.

Hələ də suallarınız var? Bizimlə əlaqə saxlayın

Bizimlə əlaqə

Navigation

Səbət

Bağla
Baxılmışlar

Son baxılanlar

Bağla

Görünüş

Bağla

Kateqoriyalar

azAzərbaycan dili