Zəmanət-satılmış malların zəmanət müddəti ərzində pulsuz təmiri deməkdir. Zəmanət təmirinə yalnız istehsalcı tərəfdən baş vermiş defektlər aid edilir. Defektin istehsalçı tərəfindən olub olmaması yalnız şirkətimizin servis ustaları tərəfindən təsdiq edilə bilər. Su filterlərinə tələb olunan zəmanət şirkətimizin servis ustaları tərəfindən quraşdırıldıqda verilir.

Satılan məhsullar yalnız aşagıdakı şərtlərə cavab verdikdə, zəmanət təmirinə qəbul edilir.

  1. Duzgün doldurulmuş zəmanət talonunun olması.
  2. Zəmanət talonunda göstərilən seriya nömrəsi və modelin mala uygun olması. Malın növündən asılı olaraq ona aid bütün qrafalarin doldurulması.
  3. Satış tarixinin, zəmanət müddətinin və satıcının imzasının olması zəruridir.

Aşağıdakı hallarda mallar zəmanət təmirinə qəbul edilmir.

  1. Şirkətimizin servis mütəxəssislərindən başqa hər hansı bir kənar şəxs tərəfindən təmirə cəhd edilmişdirsə.
  2. Zərbə, itələmə, daxilinə kənar cismin, mayenin düşməsi və bunlar kimi xaricdən təsir nəticəsində yaranmış mexaniki zədənin olması.
  3. Gərginliyin həddən artiq və aşağı olması nəticəsndə yaranan defektlər.
  4. Məhsulun istifadə qaydaları pozulduqda.
Navigation

Səbət

Bağla
Baxılmışlar

Son baxılanlar

Bağla

Görünüş

Bağla

Kateqoriyalar

azAzərbaycan dili